Çin mətbuatından ABŞ-a “soyuq Müharibə” - FOTO

Hazırda oxunan: Çin mətbuatından ABŞ-a “soyuq Müharibə” - FOTO

66988

Çin administrasiyasına yaxınlığı ilə tanınan “Global Times” qəzeti ABŞ-ın Tayvan adası və Cənubi Çin dənizi ətrafındakı hərbi fəaliyyətinin Soyuq Müharibə dövrünü xatırlatdığını yazıb. 

Bizim.Media xəbər verir ki, “Vaşinqton Soyuq Müharibə tullantılarını Sakit Okeana atmamalıdır” başlıqlı yazıda bu il Filippin dilində “çiyin-çiyinə” mənasını verən “Balikatan” adlı təlimə 9 mindən çox əsgərin qatıldığı xatırladılaraq, bu təlimin tarixdə ən yüksək iştirakçılığa sahib olduğu və bununla da, ABŞ-ın bölgədə gücünü sübut etmək üçün “şou” göstərdiyi ifadə edilib. 




Asiyada sülh və sabitliyin əldə edilməsinin çətin olduğunu və xarici güclər tərəfindən sabotaj edilə bilməyəcəyini vurğulayan məqalədə belə qeyd olunub. 

"Vaşinqton Asiyada özünün köhnə təhlükəsizlik anlayışını məcbur tətbiq etməklə və hətta NATO-nun Hind-Sakit Okean versiyasını yaratmağa çalışaraq, “Soyuq Müharibə zibilliyini” Sakit Okeana tökməyə çalışır. Bu arzu, nəhayətdə, Sakit Okeanın sərt qayalarına çırpılmağa məhkumdur”. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin