Ukraynanı tərk edənlərin sayı 10 milyona çata bilər

Hazırda oxunan: Ukraynanı tərk edənlərin sayı 10 milyona çata bilər

66905

Avropa hakimiyyəti yaxın aylarda Ukraynanı tərk edən qaçqınların sayının 8-10 milyona çatacağını istisna etmir.  

Bizim.Media xəbər verir ki, bu barədə “El Pais” BMT-nin məlumatlarına istinadən məlumat yayıb. 

Qəzetin yazdığına görə, Avropa İttifaqı (Aİ) münaqişənin aylarla, hətta illərlə uzana biləcəyindən və gözləniləndən daha böyük humanitar böhrana səbəb olacağından ehtiyat edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadan Avropaya 4 milyona yaxın qaçqın gəlib


Bildirilib ki, Brüsseldə keçirilən Aİ Daxili İşlər Nazirliyi rəhbərlərinin iclasında hesablamalarda səhvlərə yol verməmək üçün gələnlərin qeydiyyatına dair vahid və mərkəzləşdirilmiş Avropa platformasının yaradılması təklif edilib.

Nazirlər bir sıra dövlətlərin miqrasiya təzyiqini azaltmaq üçün qaçqınları qəbul etmək imkanlarına əsaslanan ölkələrin xüsusi indeksinin yaradılması barədə razılığa gəliblər.

Həmçinin insan alverinə qarşı mübarizə planının həyata keçirilməsi nəzərdə tutulur.

Nəşr yazır ki, Berlin və Varşava Avropa hakimiyyət orqanlarına birgə məktub göndərib və orada Ukraynadan gələnlərin qəbulu ilə bağlı maliyyə planı yaratmağa çağırıblar.
Xüsusilə, Almaniya və Polşa Rusiyanın Ukraynada əməliyyata başladıqdan sonra ilk altı ay ərzində qəbul edilən hər qaçqına görə 1000 avro istəyir.

Qeyd edək ki, Ukraynadan qonşu ölkələrə 3,86 milyondan çox qaçqın gəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin