Rusiyada çalışan azərbaycanlı jurnalistə Ukrayna sanksiya tətbiq etdi

Hazırda oxunan: Rusiyada çalışan azərbaycanlı jurnalistə Ukrayna sanksiya tətbiq etdi

66625

Əslən azərbaycanlı olan və Rusiyada fəaliyyət göstərən media nümayəndəsi Nailə Əsgərzadəyə sanksiya tətbiq edilib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukraynanın Mədəniyyət Nazirliyi yayıb.

Qurum sanksiyalar siyahısına əlavə ediləcək Rusiya mədəniyyət xadimlərinin adlarını açıqlayıb.

Ölkənin Nazirlər Kabineti sanksiyalar siyahısının genişləndirilməsini artıq təsdiqləyib. İndi siyahı Milli Təhlükəsizlik və Müdafiə Şurası, eləcə də prezident tərəfindən də təsdiqlənməlidir.

Qeyd edək ki, siyahıda Nikolay Baskov, Dmitri Bilan, Timati, Nikita Mixalkov, Vladimir Maşkov, Aleksandr Duqin və Nailə Əsgərzadə yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin