Kemerovo sakini Hitlerin şəklinə görə cərimələndi

Hazırda oxunan: Kemerovo sakini Hitlerin şəklinə görə cərimələndi

6661

Məhkəmə Kemerovo sakini Dmitri Borodayenkonu "Ölməz Alay" onlayn aksiyasının yayımı zamanı nasist Almaniyasının lideri Adolf Hitlerin fotosunu dərc etdiyinə görə 120 min rubl cərimələyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya Federasiyası İstintaq Komitəsi yayıb.

Mənbə bildirir ki, o, nasizmin reabilitasiyası cəhdində təqsirli bilinib.

Əməliyyatçılar aydınlaşdırıblar ki, 6 may 2020-ci ildə bir vətəndaş “Ölməz Alay” onlayn aksiyasının yayımı zamanı “Xatirə bankı” veb saytına faşizmə qarşı mübarizədə canlarından keçmiş Böyük Vətən Müharibəsi veteranları və ön cəbhədə çalışanlara birlikdə nasist Adolf Hitlerin şəklini yükləyib.

Gənc günahını etiraf etməyib.

Adolf Hitler, Henrix Himmler və Üçüncü Reyxin digər liderlərinin fotoları “Ölümsüz Alay”ın portalında peyda olub.

İstintaq Komitəsi əksər hallarda bu cür məzmunun yerləşdirilməsində xarici vətəndaşların iştirak etdiyini təsbit edib. Ancaq onlarla birlikdə şübhəlilər arasında 10-dan çox rusiyalı da var.

Onların bir çoxu artıq məhkum edilib. Məsələn, Tatarıstan Ali Məhkəməsi “Ölümsüz Alay” kampaniyasında Adolf Hitlerin fotoşəkilini göndərdiyinə və çətənə saxladığına görə Kazan sakini Məhəmməd El-Əyyubiyə hökm oxuyub.

O, bir il şərti həbsə və 150 min rubl cərimə cəzasına məhkum edilib.

Daha əvvəl "NEWS.ru" yazıb ki, məhkəmə 47 yaşlı Ryazan sakini Valeri Panyuşkinə qarşı cinayət işinə xitam verib. O, yalnız sosial şəbəkədə nasist cinayətlərini inkar edən videolar yerləşdirdiyinə görə cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin