Taliban qadınların həm Əfqanıstan daxilində, həm də xaricdə kişi müşayiəti olmadan uçuşlara buraxılmasını dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Associated Press agentliyi yayıb.
Adının açıqlanmasını istəməyən iki məmurun dediyinə görə, cümə günü, martın 25-də Talibanın əmri ilə onlarla qadının Kabil hava limanında təyyarəyə minməsinə icazə verilməyib. Sərnişinlərin bəzilərinin ikili vətəndaşlığı olub.
Onlar başqa ölkələrə, o cümlədən Kanadadakı evlərinə getməyə çalışıblar.
Məsələn, qadınlar Kam Air və Ariana şirkətlərinin İslamabad, Dubay və Türkiyə reyslərinə minə bilməyiblər. Lakin ertəsi gün tək səyahət edən bəzi qadınlara Ariana Hava Yollarına məxsus təyyarə ilə Herat əyalətinə getməyə icazə verilüb. Lakin icazə alındıqda təyyarə artıq yola düşmüşdü.
Daha əvvəl bildirilmişdi ki, Taliban orta və yuxarı siniflərdə oxuyan qızların məktəbə getməsinə qadağa qoyub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:31 / 27.03.2022
Talibandan qadınlar üçün yeni QADAĞA: Kişilərin müşayiəti olmadan…
Hazırda oxunan: Talibandan qadınlar üçün yeni QADAĞA: Kişilərin müşayiəti olmadan…
Hazırda oxunan: Talibandan qadınlar üçün yeni QADAĞA: Kişilərin müşayiəti olmadan…
66589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.