Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada ABŞ Prezidenti Co Baydenlə görüşür.
Bizim.Media xəbər verir ki, Varşavada baş tutan görüşdə Co Bayden Ukrayna müdafiə naziri Oleksiy Reznikov və xarici işlər naziri Dmitri Kuleba ilə Rusiyanın hərbi müdaxiləsini və hərbi yardım məsələlərini müzakirə edir.
Görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də iştirak edir.
Bizim.Media