Beynəlxalq Kosmik Stansiyada (BKS) 3D bioprinter vasitəsilə koronavirus zülalının kristallarının yetişdirilməsi prosesi başlayıb.
Bizim.Media-nın məlumatına görə, bu eksperimenti rusiyalı kosmonavt Denis Matveyev həyata keçirir. Hazırda stansiyada zülalın kristallaşması aparılır.
Qeyd olunur ki, eksperimentin keçirilməsində əsas məqsəd koronavirusun insan hüceyrələrinə yoluxmasına yol açan zülal tərkibinin təhlili və bunun orqanizmə daxil olmasının mexanizmlərinin araşdırılmasıdır.
Koronavirusun RBD zülalının BKS-də yetişdirilməsindən sonra nümunə Yerə göndəriləcək və laboratoriyada bir neçə ay müddətində araşdırma aparılacaq.
BKS-də keçirilən eksperimentin kosmonavtlar üçün heç bir təhlükə törətmədiyi bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:23 / 26.03.2022
Beynəlxalq Kosmik Stansiyada koronavirusla bağlı eksperiment başladı
Hazırda oxunan: Beynəlxalq Kosmik Stansiyada koronavirusla bağlı eksperiment başladı
Hazırda oxunan: Beynəlxalq Kosmik Stansiyada koronavirusla bağlı eksperiment başladı
66460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.