NATO Sammiti üçün Belçikanın paytaxtı Brüsseldə təmaslarını tamamlayan ABŞ prezidenti Co Bayden Polşa-Ukrayna sərhədindəki Amerika əsgərlərini ziyarət edib.
Bizim.Media xəbər verir ki, Polşanın Rzesnou şəhərindəki bazaya baş çəkən Bayden Amerika əsgərləri ilə pizza yeyib.
O, Polşada xidmət edən amerikalı əsgərlərə xidmətlərinə görə təşəkkür edib:
“Hazırda etdiyiniz iş bütün dünya üçün çox vacibdir. Biz dönüş nöqtəsindəyik. Hamınıza bir-bir təşəkkür edirəm”.
Qeyd edək ki, Baydeni səfərdə ABŞ Müdafiə naziri Lloyd Ostin müşayiət edib.
Bizim.Media