“Avtoşluq”x9d edən dəvəquşu - Video

Hazırda oxunan: “Avtoşluq”x9d edən dəvəquşu - Video

66421
Bazar günü Tel-Əviv yaxınlığında avtomobil magistralına çıxan sürücülər gözlərinə inanmayıblar. 

Moderator.az -ın AzadlıqRadiosuna istinadən məlumatına görə, maşınlarla birlikdə hərəkətə qoşulan dəvəquşu orta zolaqda hərəkət edərək, ilk növbədə yol hərəkəti qaydaların riayyət edib. Lakin svetofora yaxınlaşanda vəziyyət dəyişib. Qırmızı işığa “məhəl qoymayan”x9d dəvəquşu hərəkəti davam etdirəndə qəza vəziyyəti yaranıb.

Xoşbəxtlikdən hər şey xətasız başa çatıb, saatda 50 kilomter sürət yığa bilən dəvəquşu toqquşmalardan yayınıb. Bələdiyyə işçiləri dəvəquşunu Gersil şəhərinin ticarət mərkəzində yaxalayaraq baytarlara təhvil veriblər. Ehtimal olunur ki, dəvəquşu İsrailin mərkəzi rayonlarından birindəki fermadan qaçıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin