“Rusiyanın yüksək dəqiqlikli raketlərinin 60 faizi hədəfi vura bilməyib” – ABŞ kəşfiyyatı 

Hazırda oxunan: “Rusiyanın yüksək dəqiqlikli raketlərinin 60 faizi hədəfi vura bilməyib” – ABŞ kəşfiyyatı 

66404

“Rusiya ordusunun Ukrayna şəhərlərinə atdığı bütün yüksək dəqiqlikli raketlərin 60 %-ə qədəri hədəfi vura bilməyib. Rusiya raketlərinin bu dərəcədə uğursuzluğuna nəyin səbəb olduğu hələ məlum deyil”.

Bu barədə “Reuters” agentliyi kəşfiyyat məlumatları ilə tanış olan üç ABŞ rəsmisinə istinadən yazır. 

Qeyd olunub ki, Rusiyanın havadan buraxılan qanadlı raketlərinin uğursuzluq dərəcəsi 20-60 % arasında dəyişir. 

Ümumilikdə isə, mütəxəssislərin fikrincə, yüksək dəqiqlikli kateqoriyasına daxil edilən raketlərin uğursuzluq faizi 20 %-dən yuxarı olarsa, bu yüksək rəqəm hesab olunur.  

Rusiya arsenalında olan yüksək dəqiqlikli raketlərindən danışarkən, söhbət ilk növbədə “Kalibr” dəniz bazalı raketlərdən və “İsgəndər” komplekslərindən gedir. 

Eyni zamanda, hesablamalara görə, müharibənin ilk 22 günü ərzində Ukrayna şəhərlərinə Rusiya tərəfindən 1 100 raket zərbəsi endirilib və bu Suriyadakı 11 illik göstəricidən daha yüksəkdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin