Polşanın Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifi dəstəklənməyib.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə sammitindən sonra keçirilən brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
NATO Ukraynaya daha çox dəstək vermək barədə qərar qəbul etdi
"Biz məsələləri hərtərəfli müzakirə etdik. Biz vahid qalmalı və Ukraynanı dəstəkləməliyik, lakin eyni zamanda, bu münaqişənin NATO və Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilməməsini təmin etmək üçün məsuliyyət daşıyırıq. Buna görə də açıq şəkildə bəyan etmişik ki, biz Ukraynada qoşun yerləşdirməyəcəyik”, - deyə Stoltenberq qeyd edib.
Daha əvvəl Polşa prezidenti Andjey Duda NATO sammitində Alyansın sülhməramlı qüvvələrinin Ukraynaya yerləşdirilməsini təklif edəcəyini bildirib.
Bizim.Media