Qazaxıstan hansı imkanlardan məhrum edilib? – Neft kəmərindəki qəza və Rusiya XOFU 

Hazırda oxunan: Qazaxıstan hansı imkanlardan məhrum edilib? – Neft kəmərindəki qəza və Rusiya XOFU 

66273

“Hadisənin əvvəlcədən düşünülmüş təxribat hadisəsi kimi dəyərləndirilməsini doğru hesab etmirəm”. 

Bunu Bizim.Media-ya açıqlamasında neft-qa eksperti Zəfər Vəliyev Qazaxıstan neftini nəql edilən kəmərin Rusiyanın Novorossiyski limanından keçən hissəsində baş verən qəzanın təsadüf, yoxsa təxribat olduğuna aydınlıq gətirərkən deyib:

“Qazaxıstanın aktivində olan neft kəmərinin Rusiyanın Novorossiyski limanı yaxınlığındakı, Yujnı Azarenka terminalında baş verən qəza birbaşa Qara dənizdə son günlər baş verən fırtına ilə bağlıdır. Hər halda Qazaxıstanın Xəzər Boru Kəmərləri Konsorsiumunun icraçı direktorunun verdiyi məlumat bundan ibarətdir. Yəni məsələ bir çoxlarının dediyinin əksinə olaraq, birbaşa hava şəraitilə bağlı yaranan texniki qəzanın nəticəsidir. Ona görə də hadisəni təxribat hadisəsi kimi dəyərləndirmək fikrimcə doğru deyil”. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Ukrayna böhranından kimlər varlanacaq? – Bu ÜÇ ÖLKƏ və... 


Qazaxıstanın vaxtilə həmin kəmərə Azərbaycandan keçməklə alternativ yol seçməməsinə gəldikdə isə, həmsöhbətimiz bunun uzun müddət Xəzərin hüquqi statusunun müəyyən edilməməsilə bağlı olduğunu bildirdi: 

“Məhz bu amil Qazaxıstanı vaxtilə ixrac coğrafiyasını dəyişərək, Rusiyanın Qara dəniz limanları üzrə marşurutları seçməyə sövq edib. Ölkənin neft ixracının 90 faizi məhz bu marşurutla daşınır. Bu isə Qazaxıstan üçün arzu olunan deyil. Yəni burada Rusiya xofu da müəyyən dərəcədə rol oynayıb. Azərbaycana isə Qazaxıstan neftini tankerlərlə Səngəçal terminalına daşıyır”. 

Z.Vəliyev düşünür ki, qəzanın nəticələrinin afradan qaldırılması hardasa 1 ay çəkəcək:

“Xəzər Boru Kəmərləri Konsorsiumunun verdiyi məlumata görə 3 körpünün 2-də qəza baş verib. Nəticədə kəmərin tam layihə gücündə işləməsi azı bir ay müddətində gündəmdən çıxacaq. Boru kəmərindən neft geri çəkiləcək və buxar vasitəsilə kəmərin təmizlənməsinə ehtiyac yaranacaq.

Bunun üçün də ora ayrı gəmi gəlməlidir ki, Rusiya şirkətləri belə bir gəmiyə malik deyillər. Yalnız Avropa şirkətləri belə gəmiyə sahibdirlər. Həmçinin, buradakı avadanlıq və hissələr dəyişməlidir”. 

Ekspert qeyd edir ki, baş verən texnoloji qəza neft bazarına təsir edəcək: 

“İndiki durumda neft bazarında tələb təklif balansını tənzimləmək çətinləşəcək. Bu da sonda neftin qiymətinə öz təsirini göstərəcək.

Həmsöhbətimiz yaranmış durumda Bakı-Tiflis-Ceyhan neft kəmərinin əhəmiyyətinin artacağı qənaətindədir:

“Azərbaycan hətta Novortossiyski istiqamətinə yönəltdiyi ixrac həcmini BTC-yə yönəldə bilər. Anoloji addımı Türkmənistan da atacaq. Amma Qazaxıstan bu imkanlardan istifadə edə bilməz”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin