ABŞ prezidenti Brüsselə gəldi

Hazırda oxunan: ABŞ prezidenti Brüsselə gəldi

66229

ABŞ prezidenti Co Bayden martın 24-də NATO sammitində iştirak etmək üçün Brüsselə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinin Telegram-kanalında bildirilib.

Məlumata əsasən, Amerika prezidentinin korteji şəhərin küçələrində görünüb.

Ağ Evin mətbuat xidmətindən bildirilib ki, ABŞ prezidenti Co Bayden Avropa İttifaqı, NATO, Yeddilik Qrupu (G7) liderləri ilə görüşlərdən sonra Polşaya gedəcək və burada ölkə prezidenti Anjey Duda ilə danışıqlar aparacaq.

Tərəflər Ukraynada humanitar böhran və insan haqlarının vəziyyəti ilə bağlı ABŞ və müttəfiqlərinin qarşılıqlı fəaliyyətini müzakirə edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin