Mən bu gün Əfqanıstandakı “Taliban” səlahiyyətlilərinin qızların altıncı sinifdən təhsilinin növbəti xəbərdarlığa qədər dayandırıldığını elan etməsindən çox təəssüflənirəm.
Bizim.Media təşkilatın saytına istinadla xəbər verir ki, bu fikirləri BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatına müraciət ünvanlayıb.
“Yeni dərs ilinin başlanmasını bütün tələbələr, qızlar və oğlanlar, valideynlər və ailələr gözləyirdi. Dəfələrlə öhdəliklərə baxmayaraq, faktiki hakimiyyət orqanlarının altıncı sinifdən yuxarı qızlar üçün məktəbləri açmaması Əfqanıstan üçün böyük məyusluq və dərin ziyandır.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstanın bayrağı dəyişdi - “Taliban”dan yeni QADAĞA
Təhsildən imtina təkcə qadınların və qızların bu sahədəki bərabər hüquqlarını pozmur, həm də Əfqanıstan qadın və qızlarının böyük töhfələri baxımından ölkənin gələcəyini təhlükə altına qoyur. Mən “Taliban” hakimiyyətini faktiki olaraq heç bir gecikmə olmadan məktəbləri bütün tələbələr üçün açmağa çağırıram”, - deyə A.Quttereş “Taliban”a çağırışında qeyd edib.
Bizim.Media