Sergey Şoyqu yoxa çıxıb? – Ukrayna Prezident Aparatından AÇIQLAMA

Hazırda oxunan: Sergey Şoyqu yoxa çıxıb? – Ukrayna Prezident Aparatından AÇIQLAMA

66175

Təkcə müdafiə naziri Sergey Şoyqu deyil, Rusiya Federasiyasının digər əsas fiqurları da ictimai məkandan yoxa çıxıb.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak səsləndirib.

"Digər ağır çəkililərin (yüksək vəzifə tutan məmurlar), o cümlədən xüsusi xidmət orqanlarının sədrləri - Patruşev, Bortnikov, Narışkinin də sistemli və vacib protokol bəyanatları yoxdur.
İqtisadçılar həmişəkindən daha yüksək səslə susurlar: Baş nazir Mişustin, Mərkəzi Bankın sədri Nabiullina, nazir Reşetnikov. Bir sözlə, hamı ictimai protokol məkanından tamamilə yoxa çıxıb”, - Podolyak bildirib.

O, qeyd edib ki, ictimai məkanda Putinin yalnız bir sadiq qulluqçusu qalıb: xarici işlər naziri Sergey Lavrov:

“Bəli, mətbuat katibi Dmitri Peskov bəzən dəli bəyanatlarla ictimaiyyət qarşısına çıxır. Lavrov xarici bazarlarda (siyasət meydanı nəzərdə tutulur) sübut etməyə çalışır ki, Rusiya Ukraynada dinc sakinləri öldürmür, çünki Avropa pis şeylər düşünə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin