Putinin yaxın adamı Ukraynaya görə vəzifəsindən çıxdı – ÖLKƏNİ TƏRK ETDİ

Hazırda oxunan: Putinin yaxın adamı Ukraynaya görə vəzifəsindən çıxdı – ÖLKƏNİ TƏRK ETDİ

66172

Anatoli Çubays Rusiya prezidentinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Bloomberg agentliyi iki mənbəyə istinadən yayıb.

Onun Ukraynadakı xüsusi əməliyyatla razılaşmadığına görə ölkədən getdiyi deyilir.

Qeyd edək ki, Anatoli Çubays sabiq prezident Boris Yeltsinin və Kremlin hazırkı sahibi Vladimir Putinin yaxın adamlarından biri hesab edilir.

RBK telekanalı yazır ki, “Rosnano”nun keçmiş rəhbərinin qardaşı İqor Çubaysın həqiqətən də ölkəni tərk edib-etmədiyini bilmir. TASS-dakı mənbə məmurun getdiyini təsdiqləyir.

Doğrulanmamış şayiələrə görə, Anatoli Çubays İstanbuldadır. Yəqin ki, həyat yoldaşı, rejissor Avdotya Smirnova da onunla birgə gedib.

Bundan əvvəl Arkadi Dvorkoviç “Skolkovo” Fondunun sədri vəzifəsini tərk edib. Bu, onun Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid etməsindən sonra baş verib. Eyni zamanda, “Vahid Rusiya” Partiyasının Baş Şurasının katibi Andrey Turçak onu “milli xəyanət”ə görə işdən çıxarmağı təklif edib.

2022-ci ilin martında Çubays hökumətdən yaşıl enerji layihələri üçün cərimələrə iki illik moratorium qoymağı xahiş edib. Müraciətə səbəb bərpa olunan enerji stansiyalarının işə salınmasının dayandırılması olub.
Onun sözlərinə görə, sanksiyalara görə bu layihələrin riskləri var. Bu, maliyyələşdirmənin, avadanlıqların, xammalların və istehlak materiallarının təchizatının mümkünsüzlüyüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin