Çin dünya orbitində qurmağı planlaşdırdığı kosmik stansiyanın əsas modulunu 2021-ci ilin yazında kosmosa göndərəcəyini bəyan edib.
Global Times-dan verilən məlumata görə, Çinin Kosmik Agentliyinin Baş Mühəndisi Cou Cianping stansiyanın əsasını təşkil edəcək əsas modul və daşıyıcı “Long Mart 5B” raketinin artıq hazır olduğunu və sınaqların son mərhələyə gəldiyini bildirib.
O, “TienHi” (Göylərə Qoşulma) adlanan kosmik modulun 2021-ci ilin yazında istifadəyə veriləcəyini bildirib.
Bir əsas modul, iki laboratoriya modulu və bir kosmik teleskopdan ibarət olan stansiya, tamamlandıqda Rusiyanın fəaliyyətini dayandırmış “Mir” Kosmik Stansiyası ilə eyni ölçülərdə olacaq. Stansiyanı tamamlamaq üçün qarşıdan gələn illərdə Çinin 11 kosmik ekspedisiya planlaşdırdığı bildirilir.
Xatırladaq ki, ABŞ kosmik tədqiqatlar sahəsində Çinlə qarşılıqlı əməkdaşlığı qadağan edib və çinli kosmonavtların Beynəlxalq Kosmik Stansiya (ISS) proqramında iştirakının qarşısını alır.
Məhz bu səbəblə də Çin 2022-ci ilə qədər öz kosmik stansiyasını qurmağı planlaşdırır.
ABŞ və Çin arasındakı rəqabət dünya hüdudlarından kənarda da gərgin şəkildə davam edir. Çinin sənaye və ticarət sahəsində inkişafının qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edən ABŞ kosmik tədqiqatlar sahəsində də Çinin fəaliyyətinə əngəl törətməkdə davam edir.
Ekspertlər ABŞ-ın Çini kosmik proqramdan uzaqlaşdırmasındakı əsas səbəbin Çini kosmik istiqamətdə əlavə investisiya qoymağa məcbur etmək olduğunu düşünür. Çin kosmik sahədəki imkanları indiki anda ABŞ-la rəqabət aparacaq səviyyədə deyil.
Çinin ortaq layihələrdə iştirakının əngəllənməsi onu müstəqil sürətdə kosmik strukturlar və stansiyalar yaratmağa məcbur edəcək.
Bu da Çin üçün əlavə xərc və risk faktorunu bərabərində gətirəcək. Çünki Çin qlobal gücə çevrilmək üçün kosmik tədqiqatların nə dərəcədə önəmli olduğunu yaxşı başa düşür.
Görünən odur ki, ABŞ Çinin inkişaf potensialının silahlanma və kosmik fəaliyyət kimi müxtəlif sahələr üzrə parçalanmasını təmin etməyə çalışır. Məhz bu yolla ABŞ daha önəmli hesab etdiyi iqtisadiyyat istiqamətində üstünlüyünü qorumağı, Çinin daha da güclənməsinin qarşısını almağı hədəfləyir.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:34 / 28.12.2020
Çin kosmosda ABŞ-a meydan oxuyur
Hazırda oxunan: Çin kosmosda ABŞ-a meydan oxuyur
Hazırda oxunan: Çin kosmosda ABŞ-a meydan oxuyur
6617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.