Ərdoğan Ermənistanla münasibətlərin normallaşması prosesini müzakirə edəcək - BU GÜN

Hazırda oxunan: Ərdoğan Ermənistanla münasibətlərin normallaşması prosesini müzakirə edəcək - BU GÜN

66131

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Bizim.Media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iclasda Ərdoğanın NATO-nun növbədənkənar iclasında iştirakı ərəfəsində Rusiya-Ukrayna məsələsi müzakirə olunacaq.

Bundan başqa, Türkiyənin PKK, İŞİD və FETÖ kimi terror təşkilatları ilə həm ölkə daxilində, həm də xaricdə mübarizəsi iclasın müzakirə mövzusu olacaq.

Həmçinin, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması prosesi çərçivəsində Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək.

İclasdan sonra mətbuat üçün yazılı açıqlama veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin