ABŞ Prezidenti Co Bayden Polşaya səfəri çərçivəsində amerikalı əsgərlərlə görüşəcək və dünya ictimaiyyəti üçün vacib olan nitq söyləyəcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau İsveçin xarici işlər naziri Ann Linde ilə birgə mətbuat konfransında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Baydenin iki Novruz təbriki arasındakı FƏRQ – ABŞ prezidenti nəyi qəsd edir?
Daha əvvəl Ağ Evin verdiyi məlumata görə, Co Bayden martın 24-də NATO-nin növbədənkənar sammitində və G7 görüşündə iştirak edəcək, həmçinin Avropa Şurasının planlaşdırılmış sammitinə qoşulacaq.
ABŞ Prezidenti martın 25-də Polşaya yola düşəcək, martın 26-da Polşa Prezidenti Andjey Duda ilə danışıqlar aparacaq.
Bizim.Media