Yaponiya Rusiyaya nota ünvanladı – “Bu qərar qəbuledilməzdir” 

Hazırda oxunan: Yaponiya Rusiyaya nota ünvanladı – “Bu qərar qəbuledilməzdir” 

66041

Yaponiya Rusiyanın sülh müqaviləsi üzrə dialoqdan çıxmaq qərarı səbəbindən Moskvaya etiraz notası göndərib.

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno bu barədə mətbuat konfransında bildirib:

“Biz etiraz notası göndərdik. Bu qərar tamamilə əsassızdır və tamamilə qəbuledilməzdir”. 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi martın 21-də dostca olmayan addımlar səbəbindən Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdiklərini bəyan edib.

Bununla birlikdə, Yaponiya vətəndaşlarının Kuril adalarına vizaslz gediş-gəlişi dayandırılıb və Rusiya cənubi Kuril adalarında birgə iqtisadi fəalliyyət istiqamətlərinin yaradılması ilə bağlı Yaponiya ilə dialoqdan geri çəkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin