Fransalı analitik Naim Asas: “Rusiyanın Ukraynaya hücumunda Kiyev özü günahkardır”

Hazırda oxunan: Fransalı analitik Naim Asas: “Rusiyanın Ukraynaya hücumunda Kiyev özü günahkardır”

66023

Fransalı analitik Naim Asas Ukrayna-Rusiya müharibəsində Fransanın mövqeyi ilə bağlı Bizim.Media-ya açıqlama verib:

“Ukraynaya rus əsgərlərinin daxil olması qanuni deyil və beynəlxalq hüquqa ziddir. Əsas sual budur ki, Rusiya nə üçün bunu etdi? - Mən əminliklə deyərdim ki, bu vəziyyətin kökündə Ukrayna və Qərb təxribatının olması faktdır. Ukrayna NATO və Avropa İttifaqına qoşulsa, Krımın statusu necə olacaqdı?  Bundan sonra Rusiya özünü təhlükəsiz hiss edə bilərdimi? Ukrayna parlamenti ölkələrinin Avropaya qoşulmasının lehinə səs verdikdə, bu, Rusiya tərəfindən NATO ilə gələcək müharibənin elanı kimi qəbul edildi, çünki Ukraynaya hərbi ittifaqa qoşulacağı təqdirdə Krımı NATO qüvvələri geri qaytaracaqdılar”. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə “S-400”-ləri Ukraynaya verə bilərmi? – ABŞ-ın məkirli PLANI  


Ekspert Naim Asasın fikirncə, Rusiyanın Ukraynaya hücumu üçün Kiyev bilərəkdən və ya bilməyərəkdən kifayət qədər əsas verdi:

“Ukraynanın rus sakinlərinə qarşı ayrı-seçkilik edildi və bu, Putinə bu ölkəyə hücum etmək üçün bəhanə verdi. Daha dərinə getdikdə isə görürük ki, Putinin illərdir inandığı imperiya arzusu da var”.

Asas belə bir sual da edir: “Bəs Prezident Makron Ukrayna -Rusiya müharibəsinin həllində nə üçün  aktivdir?”

Sualını əsaslandıraraq deyir ki, biz tarixə nəzər salsaq görərik ki, Fransa adətən həmişə münaqişə tərəfləri arasında vasitəçi rolu oynayıb:

“Bu Fransanın beynəlxalq səhnədəki münaqişələrdə rolunda da öz əksini tapıb.

Düzdür, prezident Makron Ukraynadakı hazırkı münaqişənin sülh yolu ilə həllini tapmağa çalışır.

Makronun bu cür davranışının bir neçə izahı nədir?

İlk növbədə Fransanın tarixi rolu və NATO və Avropa daxilində yeri.

İkinci daha obyektiv səbəb Fransanın siyasi konteksti, yəni  yaxın həftələrdə keçiriləcək prezident seçkiləridir”.

Asasın fikirncə, Emmanuel Makronun Rusiya ilə ara-sıra mülayimləşməyə doğru meyl etdiyi siyasətinin arxasında isə Rusiyaya meyilli və fransız xalqının böyük rəğbətinə malik digər prezientliyə namizəd olan şəxslərlə rəqabəti dayanır.

Yəni, ifrat sağçı xanım Valeri Pekres, xanım Marin Lepen və M. Erik Zemmur bunlar ciddi rəqiblərdir. Adlarını sadaladığım insanların arxasında böyük kütlə var. Onların rəğbəti dolayı yolla həmin kütləlrin də rəğbətini qazanmağa bərabərdir.

“Ona görə də o, özünü böyük planetar problemləri həll etməyə qadir bir lider kimi təqdim etmək istəyir”, – deyə Naim Asas fikrini tamamlayıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin