Müharibəni dayandıra biləcək HƏMLƏ – İsrail Baş naziri Kiyevə səfər planlaşdırır

Hazırda oxunan: Müharibəni dayandıra biləcək HƏMLƏ – İsrail Baş naziri Kiyevə səfər planlaşdırır

65987

İsrailin diplomatik mənbələrinin məlumatına görə, Baş nazir Naftali Bennet Ukraynada müharibəni dayandırmaq üçün danışıqlarda irəliləyişlər olacağı təqdirdə Kiyevə səfər etməyə hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Jerusalem Post” nəşri məlumat yayıb. 

Qeyd olunub ki, Zelenskinin ofisi Bennetti Ukrayna və Rusiya arasında atəşkəs üzrə vasitəçilik səyləri çərçivəsində səfərə dəvət edib.

Bundan əlavə Şin Bet (İsrail Təhlükəsizlik Agentliyi) Rusiyanın Ukraynaya hücumları fonunda Bennetin qısa müddətdə Kiyevə səfər etməsi üçün təhlükəsizlik planı hazırlayır. 

Mənbənin məlumatına görə, Bennet səfərin müharibənin başa çatmasına yardım edəcəyinə inanır.

Qeyd edək ki, bir sıra siyasi şərhçilərin qənaətinə görə, beynəlxalq siyasi arenada böyük nüfuz sahibi olan İsrailin vasitəçilik missiyasını öz üzərinə götürməsi sülhün təmin olunmasına ciddi töhfə verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin