Rusiya ABŞ-a NOTA verdi - Səfir təcili XİN-ə çağırıldı

Hazırda oxunan: Rusiya ABŞ-a NOTA verdi - Səfir təcili XİN-ə çağırıldı

65929

ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin barəsində səsləndirdiyi fikirlər iki ölkə arasında diplomatik qalmaqala səbəb olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Ona sözügedən məsələ ilə bağlı etiraz notası təqdim edilib.

“Martın 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfiri Con Sallivana demarş edilib və Ağ Evin rəhbəri Co Baydenin bu yaxınlarda Rusiya Prezidentinin ünvanına səsləndirdiyi qəbuledilməz çıxışlarla əlaqədar etiraz notası təqdim edilib”, - deyə Rusiya XİN-nin yaydığı məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin