Almaniyanın hakim partiyası: “Putinlə Ukrayna ilə bağlı danışıqlar aparmaq mənasızdır”

Hazırda oxunan: Almaniyanın hakim partiyası: “Putinlə Ukrayna ilə bağlı danışıqlar aparmaq mənasızdır”

65751

Xristian Demokrat İttifaqının (XDİ) xarici siyasət üzrə eksperti və Almaniyanın xüsusi xidmət orqanlarına nəzarət üzrə Bundestaq komitəsinin sədri Roderik Kizevetter Ukrayna və Rusiya arasında hər iki ölkənin nümayəndə heyətlərinin sülh danışıqlarına şübhə ilə yanaşır. 

Bizim.Media “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, hər iki ölkənin nümayəndə heyətləri Ukraynada hərbi əməliyyatların başlamasından qısa müddət sonra görüşə başlayıb.

“Putinlə danışıq aparmağın mənası yoxdur. O, Ukraynanın parçalanmasını istəyir”, - Kizevetter “Redaktionsnetzwerk Deutschland” qrupunun nəşrlərinə müsahibəsində deyib.

“Yeganə çıxış yolu Rusiyanın Ukraynadan qoşunlarını çıxarmasıdır”, - Kizevetter deyib. - Danışıqlar problemin həllinə gətirib çıxarmayacaq. Ukraynanın nytrallığı və ya danışıqların oxşar nəticəsi çətin ki, uzunmüddətli sülh demək olsun. Putinlə sülh əldə etmək olmayacaq”.

“Tətbiq edilən neytrallığın demokratiya ilə heç bir əlaqəsi yoxdur”, alman siyasətçi vurğulayıb.

Kizevetterin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər, lakin bunun üçün BMT-nin ən nüfuzlu orqanı Təhlükəsizlik Şurasının daimi üzvlərini - ABŞ, Rusiya, Çin, Britaniya və Fransanı veto hüququndan məhrum etməyə imkan verən bənd hazırlamalıdır:

“BMT Təhlükəsizlik Şurasında qərarların səs çoxluğu ilə qəbul edilməsi zəruridir. Əks halda Rusiya kimi veto hüququna malik olan və hücumları həyata keçirən ölkələr Ukraynaya istənilən yardımı əngəlləyə bilər”, - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin