“Baharın, dirçəlişin, firavanlığın, həyat və əmin-amanlığın rəmzi olan gözəl Novruz bayramı münasibətilə qardaş Azərbaycan xalqını təbrik edirəm!”.
Bizim.Media xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri səfiri Vladislav Kanevski bu sözləri “Facebook” səhifəsində yazıb.
“Əziz azərbaycanlılar, Ukraynaya yaz əvəzinə müharibə gəlsə də, mən əminəm ki, ailə rahatlığının, sizin kimi əsl dostlarla səmimi və şən görüşlərin xoşbəxtliyini bir daha hiss etmək üçün bu zülməti dəf edəcəyik, Novruz bayramınız mübarək!”, deyə o, qeyd edib.
Bizim.Media