Azərbaycanda "özünü öldürməyə" qanunla icazə verilə bilərmi? - Alen Delonun XAHİŞİ

Hazırda oxunan: Azərbaycanda "özünü öldürməyə" qanunla icazə verilə bilərmi? - Alen Delonun XAHİŞİ

65638

Evtanaziya və ya “köməkli ölüm” tərəfdarları deyirlər ki, sivil cəmiyyətdə insanlar nə vaxt ölməyə hazır olduqlarını seçmək imkanına malik olmalıdırlar və öz həyatlarına özbaşına son verə bilmirlərsə, onlara kömək göstərilməlidir.

Bizim.Media xəbər verir ki, dünyanın 10-a yaxın ölkəsində artıq evtanaziya prosesi leqal hal alıb. Yaxın günlərdə məşhur fransız aktyor Alen Delonun evtanaziya istəyi İsveçrə höküməti tərəfindən qəbul edilib.

Azərbaycanda belə bir məsələnin reallaşması hələlik şübhəli görünsə də, Bizim.Media evtanaziyanın hüquqi tərəflərini hüquqşünas Əsabəli Mustafayev ilə aydınlaşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Alen Delonun evtanaziya istəyi qəbul olundu - YENİLƏNİB - FOTO


“Hər bir yeni qanunun qəbulu və ya qanunda dəyişiklik həyat tələbatından irəli gəlməlidir. Bizim cəmiyyətdə evtanaziya ilə bağlı qanuna hələ ki, kütləvi zərurət yaranmayıb. O vaxt bu qanun qəbul oluna bilər ki, bir sıra şəxslər bu vasitə ilə ölmək istəyirlər, lakin qanunun olmaması onların bu istəyinin qarşısını alır”.

Hüquqşünas xarici mətbuatda qeyd olunan evtanaziya tərəfdarlarının çox vaxt ağır xəstə olduğuna diqqət çəkib.

“Müalicəsi mümkün olmayan, ciddi ağrılar keçirənlər, ətrafındakılar üçün də ciddi problem yaradanlar bu  vasitə ilə həyatlarına son vermək istəyirlər. Tibbin inkişaf etməsi ilə həmin xəstələrin bir çoxu getdikcə sağalır və ağrıları yüngülləşir. Buna görə çox az ölkələrdə evtanaziyaya razılıq verilməsi mümkünlüyü var”.

Əsabəli Mustafatevin sözlərinə görə, tibb və səhiyyənin yüksək inkişaf etdiyi ölkələrdə evtanaziya hadisəsi çox nadir hallarda baş verir.

“Azərbaycanda da səhiyyə o dərəcə inkişaf etməsə də, elə vasitə və yollar var ki, ağrını azaldırlar və ya, ümumiyyətlə, aradan götürürlər”.

Hüquqşünas, xüsusilə bir milli xüsusiyyətimizə diqqət verməyi lazım bilib:

“Bizim millət tarixən həyat sevən olub. Hələ bir məsələmiz- 100 il yaşayasan! deyirlər çox vaxt..İnsanlar Azərbaycanda həmişə yaşamaq eşqində olublar. Hətta ən ağır xəstəlik, ya da həyatında çox böyük çətinliklər olan zaman da həyatı ölümdən üstün tutublar”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin