Rusiyanın Kiyev rayonlarından birini atəşə tutması nəticəsində yaralanan ailə Oxmatdit xəstəxanasına çatdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə xəstəxananın “Facebook” hesabında məlumat paylaşılıb.
Ailə başçısı Dmitrinin verdiyi məlumata görə, Rusiya silahlı qüvvələri tərəfindən atılan mərmi ailənin yaşadığı beşmərtəbəli binanın yanında yerləşən uşaq bağçasına düşüb:
“Həyətə düşəndə gördüm ki, bağçanın damı yoxdur, yaxınlıqdakı bütün evlərin pəncərələri, qapıları sökülüb. Şüşə parçaları bizə tərəf sovruldu”.
Onun sözlərinə görə, həyat yoldaşı Olqa bir aylıq qızını bədəni ilə örtərək onu zədələrdən qoruyub.
Xəstəxananın məlumatına görə, qadının özü də çoxsaylı qəlpə yaraları alıb. Bildirilib ki, atanın qəlpə yaraları müalicə olunub, ana isə əməliyyat olunaraq bütün qəlpələr çıxarılıb. Ailənin müalicəsi davam edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:38 / 19.03.2022
Kiyevdə ana top atəşi zamanı balaca qızını bədəni ilə qorudu – FOTO
Hazırda oxunan: Kiyevdə ana top atəşi zamanı balaca qızını bədəni ilə qorudu – FOTO
Hazırda oxunan: Kiyevdə ana top atəşi zamanı balaca qızını bədəni ilə qorudu – FOTO
65588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.