Pentaqon: “ABŞ Ukraynadakı əməliyyatlarda iştirak etməyəcək”

Hazırda oxunan: Pentaqon: “ABŞ Ukraynadakı əməliyyatlarda iştirak etməyəcək”

65584

“ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək və onun üzərində uçuşa qadağa zonası tətbiq etməyəcək. Amerika və Rusiya arasında münaqişə heç kimə lazım deyil” . 

Bizim.Media xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin “CNN”ə müsahibəsində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Pentaqon: Amerika əsgərləri Ukraynada döyüşməyəcək


“ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etsə, Ukrayna, Belarus və Rusiyanın aviasiya sistemləri məhv edilməli olacaq. Bu o demək olacaq ki, biz Rusiya ilə müharibə vəziyyətindəyik. Bunlar heç kimin münaqişədə iştirakını görmək istəmədiyi iki nüvə ölkəsidir. Bu, region üçün yaxşı deyil. Bu, dünya üçün yaxşı deyil”, - deyə Ostin qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin