Qadın ərinin katibəsini belə cəzalandırdı - Video

Hazırda oxunan: Qadın ərinin katibəsini belə cəzalandırdı - Video

65487
Türkiyə məhkəməsi evli kişi ilə sevgi münasibətlərinə girən qadını cərimələyib. ANS PRESS-in məlumatına görə, həyat yoldaşı tərəfindən aldadılan 40 yaşlı Sibel G şikayət ərizəsilə məhkəməyə üz tutub.xa0

Sibel G. yuvasını yıxtığı və uşaqlarının psixologiyasını pozduğu ittihamı ilə ərinin məşuqəsi 37 yaşlı Özlem barəsində 20 min lirəlik təzminat tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə evli olduğunu bildiyi halda münasibət yaşadığını, əxlaqa və ədəbə sığmayan hərəkətlər gerçəkləşdirdiyi səbəbilə Özlem E.-nin 10 min türk lirəsi təzminat ödəməsinə qərar verib. Cütlüyün boşanma məhkəməsi isə hələ də davam edir.

Universitet illərində tanışan və 1997-ci ildə evlənən Zəfər və Sibel G. cütlüyünün iki uşaqları var. Restavrasiya işi ilə məşğul olan Zəfər G. katibəsi Özlem E. ilə eşq məcarası yaşayır və evin yolunu unudur. Ərinin evə gəlmədiyi görən Sibel G. şübhələnir və onu izləməyə başlayır. 2 il öncə ərinin kirayələdiyi başqa bir evdə Özlem E. ilə birlikdə yaşadığını öyrənir.xa0

Bir müddət sonra həyat yoldaşının evi tərk etdiyini anladan qadın, ərinin təkidlə boşanmaq istəyi ilə üzləşdiyini deyir: "Evə gəlib mənə və uşaqlarıma hücum etdi. "Boşanmağı qəbul edəcəksən, yoxsa səni öldürərəm" deyə məni hədələdi. Qorxdum. Məhkəməyə müraciət edib uzaqlaşdırma qərarını aldırdım. O qadının da evli və 2 uşaq sahibi olduğunu, ərindən boşanma mərhələsində olduğunu öyrəndim. Ərim haqqında təhdid ittihamı ilə məhkəmə işi açdım. 6 ay 20 gün həbs cəzası aldı. Təəsüf, cəzası təxirə salındı".xa0

Katibəsilə münasibətdə olduğunu inkar etməyən Zəfər G., arvadı ilə problemlərinin olduğunu söyləyib. "O da boşanmaq istədi. Mənə qarşı qaldırdığı bütün ittihamları rədd edirəm. Mən yox, onlar məni təhdid etdi. Mən tanınan iş adamıyam. Məhkəmənin çıxardığı qərar yanlışdı. Mənə cadu edib işimi, gücümü və bütün sərvətimi əlimdən aldılar"- dedi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin