Rusiya Ukraynanın qərbində yerləşən Lvov şəhərinin bir neçə rayonunu raket atəşinə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Lvovun meri Andriy Sadovı “Facebook” hesabında məlumat paylaşıb.
“Bir neçə raket təyyarə təmiri zavoduna düşüb. Binalar zərbələrdən dağılıb. Zavodun aktiv işi əvvəlcədən dayandırıldığı üçün insan tələfatı yoxdur. Hadisə yerində xilasedicilər və müvafiq kommunal xidmətlər işləyir” - deyə Sadovı qeyd edib.
Mer əlavə edib ki, atılan raketlər hava limanına çatmayıb.
Bizim.Media




































































































