Çində son 24 saat ərzində 10-u xarici vətəndaşda olmaqla 22 yeni koronavirus hadisəsi aşkar edilib. Yerli hadisələrin 7-si Liaoning əyalətində, 5-i paytaxt Pekində müşahidə olunub.
Pekində hadisələrin artması səbəbindən, paytaxtın bütün bölgələrində fövqəladə vəziyyət elan olunub. Virusun aşkar edildiyi yaşayış məntəqələrinə giriş və çıxışlar məhdudlaşdırılıb.
Paytaxt Pekində ən son koronavirusa yoluxanların aşkar edildiyi Şunyi bölgəsində 800 min insanın testdən keçiriləcəyi elan olunub.
Xatırladaq ki, Çində ilk koronavirus dalğasından sonra vəziyyət stabilləşmiş və, gündəlik yoluxmaların sayı kəskin azalmışdı. İkinci dalğanın başlanması ehtimalı isə Çin hökümətini ciddi narahat edən əsas məsələlərdən biri idi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:50 / 27.12.2020
Çində ikinci koronavirus dalğası başlayır
Hazırda oxunan: Çində ikinci koronavirus dalğası başlayır
Hazırda oxunan: Çində ikinci koronavirus dalğası başlayır
6527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.