Maska ilə Face ID açmaq mümkün oldu – iOS 15.4 versiyasının ÜSTÜNLÜKLƏRİ

Hazırda oxunan: Maska ilə Face ID açmaq mümkün oldu – iOS 15.4 versiyasının ÜSTÜNLÜKLƏRİ

65258

Maska ilə Face ID açmaq mümkün oldu – iOS 15.4 versiyasının ÜSTÜNLÜKLƏRİ “Apple” iOS 15.4 və iPadOS 15.4 proqram yeniləmələrini təqdim edib. 

Bizim.Media xəbər verir ki, iOS 15.4 ilə üzdə maska olarkən “Apple Watch”dan istifadə etmədən iPhone Face ID-ni kiliddən çıxara, ödənişləri və bütün digər Face ID əməliyyatlarını yoxlamaq mümkün olacaq. 

Digər diqqətçəkən məqamlara həmçinin bir sıra yeni emojilər, “iPhone 13 Pro” və ya “iPhone 13 Pro Max” üçün üçüncü tərəf proqramlarına dair 120Hz ProMotion dəstəyi və Universal Nəzarət daxildir. 

“Apple”ın ilk dəfə WWDC 2021 sərgisində nümayiş etdirdiyi Universal Nəzarət xüsusiyyəti (Universal Control) iPadOS 15.4 ilə təqdim edilib. Universal Nəzarət Mac klaviaturası və trekpaddan istifadə edərək iPad və Mac cihazlarınızı rahat idarə etməyə imkan verir. 

37 yeni emojidən ibarət proqram yeniləmələrinə bəzi Siri təkmilləşdirmələri, SOS funksiyaları, AB Rəqəmsal COVID Sertifikatı dəstəyi də daxildir.

Bundan əlavə, “Apple” həmçinin “iPhone”da aşağıdakı səhvləri düzəltdiyini açıqlayıb:

Klaviaturanın yazılan nömrələr arasında nöqtələr daxil etməsi,

Foto və videoların “iCloud” Foto ilə sinxronlaşdırılmaması, 

“Speak Screen”in Kitablar tətbiqində gözlənilmədən dayandırılması, 

Canlı Dinlə funksiyasının İdarəetmə Mərkəzindən söndürülməməsi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin