5G texnologiyasında hansı risklər var? - Azərbaycanda keçid prosesinin PROBLEMLƏRİ 

Hazırda oxunan: 5G texnologiyasında hansı risklər var? - Azərbaycanda keçid prosesinin PROBLEMLƏRİ 

65255

2021-ci ilin sonunda 5-ci nəsil kabelsiz mobil texnologiyaya (5G) qoşulanlarının sayı 660 milyon olduğu açıqlanıb.

Bizim.Media “Fortun”jurnalınan istinadən xəbər verir ki, qlobal olaraq, 2019-cu ildə 200 milyondan az olan 5G abunəçilərin sayının 2023-cü ildə 1,02 milyarda çatacağı gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

Təyyarə və helikopterlər üçün 5G XƏBƏRDARLIĞI – Təhlükə var


Azərbaycanda isə Azercell mobil rabitə şirkətinin bir neçə 5G stansiyası olduğu isə məlumdur.

Bəs, bizdə 5G internet texnologiyasına keçməkdə gecikdirən səbəblər nədir?

İT mütəxəssisi Heydər Hacıyev əsas səbəbi Azərbaycanda 5-ci nəsil kabelsiz mobil texnologiyanın tam hazır hala gətirilməməsində görür.

“Ölkəmizdə zatən bütün sistemlər Beta olaraq nadirən istifadəyə verilir. Hər hansı bir yeni texnologiya kimi, 5G də özündə risk daşıyır. Bu risklərin həqiqətən olub-olmadığını söyləmək çətindir - əksər hallarda hələ ki, araşdırma mərhələsindədir”.

Heydər Hacıyev qeyd edib ki, 5G özündə müəyyən problemli məsələlər ehtiva edir.

“Əsas təhdidlər kiberhücumlardır, məsafədən idarə olunan məişət əşyaların interneti hər hansı bir elektron cihaz kimi hücuma meyllidir. İstifadəçilər cihazlarının təhlükəsizliyini təmin etmək üçün çalışmalıdır və şirkətlər, o cümlədən dövlət qurumları ağıllı şəhərlərin qorunmasını təmin etmək üçün ciddi səy göstərməlidirlər”.

Mütəxəssis bu mövzuda bəzi problemlərə də toxunub.

“Planlaşdırılan yenidənqurmaya baxmayaraq, bir çox tezlik spektrləri hələ də xüsusi laboratoriyalar, elmi laboratoriyalar, kosmik və hərbi şöbələr tərəfindən istismar olunur. Tezliklərin ticari məqsədlə istifadəsi üçün tam əlaqələndirməyə diqqət tələb olunur”.

Heydər Hacıyev son olaraq Türkiyənin 4G texnologiyasına keçidin 8 il gec etdiyini misal gətirərək, 5G hələ test dönəmində və risk daşıdığına görə gecikmənin başlıca səbəblərindən biri olduğunu bildirib.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin