Almaniyanın E.ON konserni Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın “Qazprom” şirkətinin Avropadakı ticarət şirkətlərindən yeni həcmdə qaz almağı dayandırıb.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qrupun baş direktoru Leonhard Birnbaum illik mətbuat konfransında bildirib.
Birnbaum eyni zamanda xəbərdarlıq edib ki, Rusiyadan enerji idxalının qəfil dayandırılması E.ON-a zərbə olacaq.
"Rusiya bazarı bizim hədəf regionlarımız arasında deyil. Ancaq bir şey aydındır: enerji idxalında az və ya çox uzunmüddətli fiziki çatışmazlıq olarsa, bunun bizim üçün də nəticələri olacaq", - deyə Birnbaum qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:25 / 16.03.2022
Almaniyanın ən böyük enerji konserni Rusiyadan qaz alışını dayandırır
Hazırda oxunan: Almaniyanın ən böyük enerji konserni Rusiyadan qaz alışını dayandırır
Hazırda oxunan: Almaniyanın ən böyük enerji konserni Rusiyadan qaz alışını dayandırır
65118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.