Ruslar Mariupoldakı xəstəxananı ələ keçirdi, içində 400 nəfər var 

Hazırda oxunan: Ruslar Mariupoldakı xəstəxananı ələ keçirdi, içində 400 nəfər var 

65111

Rusiya hərbçiləri bir gün əvvəl tibb işçilərinin və şəhər sakinlərinin girov götürüldüyü Mariupol regional xəstəxanasından atəş açır. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib. 

Onun sözlərinə görə, hazırda xəstəxanada 400-ə yaxın insan var: 

“Girovlar arasında tibb işçiləri və şəhər sakinləri də var. Reanimasiya xəstəxanası martın 15-də Rusiya hərbi qüvvələri tərəfindən zəbt edilib. İndi xəstəxanadan atəş açırlar. Bu, insanların humanitar dəhlizlərlə hərəkəti üçün böyük təhlükə yaradır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin