“Bu ölkələrə Rusiyaya dəstək göstərdiyi üçün təzyiq olunur” – Sergey Lavrov 

Hazırda oxunan: “Bu ölkələrə Rusiyaya dəstək göstərdiyi üçün təzyiq olunur” – Sergey Lavrov 

65107

Ukraynada yaranmış vəziyyətdə Rusiyaya dəstək verən ölkələr görünməmiş təzyiq altındadır.

Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov “RBC” telekanalına müsahibəsində deyib.

"Mən həmin ölkələrin qarşılaşdığı təzyiqi təsəvvür belə etməzdim. Mən bilirdim ki, amerikalılar həqiqətən çoxqütblü dünyaya doğru hər hansı müsbət inkişafın qarşısını almaq üçün hər şeyə hazırdırlar, lakin onların böyük bir gücə yaraşmayan belə çirkin işlər görəcəklərini düşünmürdüm” - deyə Lavrov qeyd edib. 

Nazir bildirib ki, Vaşinqton Rusiya Federasiyası ilə əməkdaşlıq etdiyi üçün Çin, Hindistan, Misir, Türkiyə və digər ölkələrə təzyiq göstərməyə çalışır.  

“ABŞ səfirlərinə müvafiq ölkələrin rəhbərliyini Rusiya ilə əməkdaşlıqdan çəkindirmək tapşırılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin