Tokayevdən MÜHÜM QƏRAR: Bu şəxslər rəhbər ola bilməzlər

Hazırda oxunan: Tokayevdən MÜHÜM QƏRAR: Bu şəxslər rəhbər ola bilməzlər

65053

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev super-prezident respublikadan güclü parlamentli prezident respublikasına keçidi elan edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Kasım-Jomart Tokayev bunu martın 16-da xalqa müraciətində bildirib.

Ölkə başçısı belə bir sistemin cəmiyyətin xeyrinə daha çox çalışacağına inandığını qeyd edib.

"Ölkədə siyasi islahatlarla bağlı layihə təqdim edəcəyəm. Bu sənəd cəmiyyətin tələblərinə cavab verir. Bizim üçün nəzərdə tutulan yoldan dönməmək, həmrəyliyi qorumaq həyati əhəmiyyət kəsb edir. Biz islahatları kağız üzərində aparmırıq və ya bunlar ictimaiyyətin razılığı üçün boş vədlər deyil. Hər bir Qazaxıstan vətəndaşının hiss edəcəyi konkret tədbirlərə və təkmilləşdirmələrə ehtiyac var”, - dövlət başçısı bildirib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “AMANAT” partiyasının sədri vəzifəsini, həmçinin partiya sıralarını tərk edəcəyini açıqlayıb.

Tokayev, həmçinin Mərkəzi Seçki Komissiyasının, Hesablama Komitəsi və Konstitusiya Şurasının sədrləri və üzvlərinin AMANAT partiyasından çıxması ilə bağlı müddəanın tətbiqini də təklif edib.
“İcra başçısı da partiyanın şöbələrinə rəhbərlik etməyəcək”, - deyə ölkə başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin