Fransa “Nissan”-ın keçmiş rəhbərini istintaqa cəlb edir

Hazırda oxunan: Fransa “Nissan”-ın keçmiş rəhbərini istintaqa cəlb edir

6503

Bizim.Media “Associated press” agentliyinə istinadən məlumat verir ki, Fransa Livanda Yaponiya hakimiyyətindən gizlənən “Nissan” avtomobil şirkətinin keçmiş baş direktoru Karlos Qonu dindirilməsini həyata keçirəcək.

Livanın Ədliyyə Nazirliyindən verilən məlumatda fransız müstəntiqlərindən ibarət komandanın yanvarda Beyruta gələcəyi haqqında məlumat verilib.

Fransanın 66 yaşlı biznesmenə qarşı bir sıra ittihamlar irəli sürəcəyi bildirilir. Bu ittihamlar arasında vergidən yayınma, “çirkli” pulların yuyulması, dələduzluq və şirkətin aktivlərindən sui-istifadə də var.

Xatırladaq ki, Tokioda ev dustaqlığında olan Karlos Qon bu ilin noyabrında öz şəxsi təyarəsi ilə Beyruta qaçmışdı. Yaponiya hökuməti onun həbs edilməsini və məhkəmə prosesinə cəlb olunması üçün geri qaytarılmasınl tələb edir.

Eyni zamanda Tokio Məhkəməsi ölkədən qaçmış “Renault-Nissan-Mitsubishi” avtomobil istehsalı şirkətinin keçmiş rəhbəri Karlos Qonun əmlakının müsadirə olunması barədə qərar qəbul edib. Müsadirə olunan əmlakın məbləği 1,5 milyard ien (13,8 milyon ABŞ dolları) təşkil etdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin