Putinə etiraz edən "Birinci kanal"ın əməkdaşı 30 min cərimələndi - VİDEO

Hazırda oxunan: Putinə etiraz edən "Birinci kanal"ın əməkdaşı 30 min cərimələndi - VİDEO

64995

Rusiyanın "Birinci kanal"ında canlı efirə daxil olaraq müharibə əleyhinə pankart açan Marina Ovsyannikova 30 min rubl cərimələnib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın Ostankino Məhkəməsi qərar verib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya telekanalında baş verən insident araşdırılır – Redaktor saxlanılıb


M.Ovsyannikov Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (Xəbərdarlıq vermədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinib.

Qeyd edək ki, "Birinci kanal"ın əməkdaşı olan Mariya Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin