"Biz artıq başa düşdük ki, Ukrayna NATO-ya üzv olmayacaq" - Zelenski 

Hazırda oxunan: "Biz artıq başa düşdük ki, Ukrayna NATO-ya üzv olmayacaq" - Zelenski 

64956

Kiyevə “açıq qapılar” siyasətinin Ukraynaya aid olmadığını başa düşmək tapşırılıb. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Londonda Birgə Ekspedisiya Qüvvəsində onlayn çıxışı zamanı bildirib.  

"Aydındır ki, Ukrayna NATO-nun üzvü deyil, biz bunu başa düşürük, adekvat insanlarıq. Biz illərdir açıq qapılar haqqında eşitmişik, amma indi də eşitmişik ki, ora daxil ola bilmərik və bunu etiraf etməliyik. Mən şadam ki, xalqımız bunu başa düşür və özümüzə və bizə kömək edən tərəfdaşlarımıza arxalanır”, - ölkə başçısı qeyd edib. 

O, bir daha Ukrayna ərazisi üzərində səmanı bağlamağa çağırıb, eyni zamanda müsbət qərarın qəbulu ehtimalının az olduğunu qeyd edib.  

"Ukrayna hazırda NATO müqaviləsinin 5-ci maddəsini işə salmaq iddiasında deyil. Biz həmişə deyirik ki, səmamız Alyansın səması kimi qorunmalıdır, lakin biz başa düşürük ki, həmişə "amma" var”, - deyə Zelenski yekunlaşdırıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin