Ukraynada həlak olan və yaralanan jurnalistlərin sayı açıqlandı

Hazırda oxunan: Ukraynada həlak olan və yaralanan jurnalistlərin sayı açıqlandı

64941

Ukraynada davam edən müharibəni işıqlandırarkən 3 jurnalist həlak olub, azı 35 jurnalist isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Lüdmila Denisova “Facebook” hesabında bildirib.

O, qeyd edib ki, jurnalist Viktor Dudar Nikolayevdə davam edən döyüşləri işıqlandırarkən, teleoperator Yevgeni Sakun Kiyevdə raket hücumu nəticəsində, amerikalı sənədli film rejissoru Brent Reno isə İrpendəki yoxlanış məntəqəsində öldürülüb.
Ombudsman qeyd edib ki, Rusiya müvəqqəti işğal etdiyi ərazilərdə televiziya qüllələrini və studiyaları ələ keçirir, həmçinin Kiyev, Lutsk və Rivendəki teleqüllələri atəşə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin