ABŞ ordusunun Avropdakı keçmiş komandanı, istefada olan general Ben Hodges Qərbin Ukraynaya dəstəyini sürətləndirəcəyi təqdirdə 10 gün sonra Rusiyanın Ukraynaya hücum imkanlarının tükənəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə Amerikanın MSN BC kanalına verdiyi müsahibədə bildirib.
“Bizim əlimizdə olan məlumatlara görə artıq Rusiyanın resursları tükənib. Əgər Ukrayna 10 gün də tab gətirərsə və Qərb öz dəstəyini əsirgəməzsə, Rusiyanı sıxmaqda davam edərsə, müharibənin taleyi həll olunacaq”, - deyə Ben Hodges əlavə edib.
Leyla Şah, Bizim.Media