Zelenski Rusiya ilə əməkdaşlığın cəzalandırılmasını nəzərdə tutan qanun imzaladı

Hazırda oxunan: Zelenski Rusiya ilə əməkdaşlığın cəzalandırılmasını nəzərdə tutan qanun imzaladı

64909

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Cinayət Məcəlləsinə Rusiya ilə hər hansı əməkdaşlığa görə cəza verilməsini nəzərdə tutan “Əməkdaşlıq” maddəsi ilə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.  

Bizim.Media bu barədə Ali Radanın sədr müavini Aleksandr Korniyenko bildirib.  

"Kollaborasiya haqqında qanun artıq prezident tərəfindən imzalanıb. Məndə olan məlumata görə, o, dərc olunacaq", - deyə Korniyenko qeyd edib. 

“Xalqın xidmətçisi” partiyasını təmsil edən Korniyenko əlavə edib ki, ölkəni tərk etmiş və ya əvvəllər “qeyri-vətənpərvər” siyasi mövqe tutmuş Rada deputatları da yeni cinayət maddəsinə düşə bilər:
“Belə hərəkətlərinə görə onlar bu maddə ilə ən yüksək cəzaya - 15 il müddətinə azadlıqdan məhrum edilməlidir”. 

Kremlin sözçüsü Dmitri Peskov Ukraynada Rusiya Federasiyası ilə əməkdaşlığa görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanunla bağlı məlumat olmadığını söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin