Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur - FOTO

Hazırda oxunan: Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur - FOTO

64790

Azərbaycan martın 14-də Hindistanın Mumbay şəhərində işə başlayan “OTM Mumbai 2022” beynəlxalq sərgisində milli stendlə təmsil olunur. 

Bizim.Media xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu ilə yanaşı, sərgidə 10 yerli turizm şirkəti də iştirak edir.

Sərgi ziyarətçilərinə Azərbaycanın, o cümlədən işğaldan azad olunan ərazilərin turizm imkanları, postpandemiya dövründə ölkədə mövcud səyahət qaydaları, Azərbaycana səfər imkanları, yeni turizm məhsulları və istiqamətləri haqqında ətraflı məlumat verilir.

Martın 16-dək davam edəcək beynəlxalq sərgidə Azərbaycan Turizm Bürosu tərəfindən ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlərin və seminarların keçirilməsi nəzərdə tutulub. 
Bununla yanaşı, Azərbaycana tanışlıq səfərlərinin və birbaşa aviauçuşların təşkili ilə bağlı müzakirələrin də aparılması planlaşdırılır.

Qeyd edək ki, sərgiyə 55 ölkədən 1100-ə yaxın iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssisin qatılması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin