Ukraynada qətlə yetirilən amerikalı jurnalistin dostu danışdı: “Naməlum şəxslər...” - VİDEO

Hazırda oxunan: Ukraynada qətlə yetirilən amerikalı jurnalistin dostu danışdı: “Naməlum şəxslər...” - VİDEO

64552

Xəbər verdiyimiz kimi, Ukraynanın İrpen şəhərində rusiyalı hərbçilər “The New York Times”ın müxbiri Brent Renaudu öldürüb, daha iki jurnalisti isə yaralayıblar. Mərhumun Ueyn adlı dostu jurnalist həmkarının həyatının son dəqiqələrindən danışıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Mash Telegram kanalında yer alıb.
Onun sözlərinə görə, kiminsə maşınına miniblər, sürücü onları körpüyə aparmağı təklif edib, orada şəhəri tərk edən qaçqınları lentə almaq mümkün olub.

MÖVZU İLƏ BAĞLI:

“The New York Times” qəzetinin jurnalisti Ukraynada öldürüldü - FOTO

“The New York Times” ölən jurnalistin onların əməkdaşı olmadığını dedi


Avtomobil nəzarət-buraxılış məntəqəsindən keçərkən naməlum şəxslər tərəfindən atəş açılıb. Ueyn Brenti qoyaraq qaçıb. Bununla bağlı video çəkilən zaman o, yoldaşının öldüyünü bilməyib.

Hazırda İrpen tamamilə Ukrayna Silahlı Qüvvələri və ərazi müdafiə bölmələri tərəfindən idarə olunur. Ueyn deyir ki, onu dəqiq kim tərəfindən vurulduğunu bilmir.

Xatırladaq ki, “The New York Times” qəzeti ölən jurnalistin onların əməkdaşı olmadığını bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin