NATO Ukrayna münaqişəsinə qoşula bilər – ŞƏRTLƏR

Hazırda oxunan: NATO Ukrayna münaqişəsinə qoşula bilər – ŞƏRTLƏR

64535

Xəbər verdiyimiz kimi, martın 11-də Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də yazıb ki, 16 min keçmiş İŞİD döyüşçüsünün Ukraynaya qarşı döyüşlərə cəlb olunması və Rusiyanın kimyəvi silahlarla bağlı təbliğat iddiaları bu ölkənin Ukraynada “Suriya ssenarisini” həyata keçirmək cəhdinə dəlalət edir.

NATO-nun baş katibi Yens Stoltenberq isə deyib ki, Rusiya Federasiyası Ukraynada kimyəvi silahdan istifadə etməyi planlaşdırıb.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Polşa prezidenti Anjey Duda da açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməsi NATO-nu münaqişəyə hərbi müdaxilə etməmək qərarına yenidən baxmağa məcbur edə bilər.

“Məndən Putinin kimyəvi silahdan istifadə edə biləcəyini soruşsanız, mənim fikrimcə, Putin hazırda hər şeydən istifadə edə bilər, xüsusən də çətin vəziyyətdə olduğu zaman. O, artıq siyasi nöqteyi-nəzərdən bu müharibəni uduzub, hərbi baxımdan da açıq-aydın qalib gələ bilmir”, - Duda əlavə edib. 

O vurğulayıb ki, kütləvi qırğın silahlarından istifadə bütün oyunun qaydalarını dəyişəcək. 

Prezident xəbərdarlıq edib ki, təhlükə təkcə Avropanı deyil, bütün dünyanı əhatə edəcək və NATO nəyəsə qərar verməli olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin