"İkinci Qarabağ müharibəsi bitdikdən, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra, Azərbaycan və Türkiyə olaraq gücümüzü sülh və sabitlik üçün birləşdirdik".
Bizim.Media xəbər verir ki, bu fikirləri Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir qeyd edib ki, Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir.
“Bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. Bizim Azərbaycanla 3 və 4-lü formatda əməkdaşlıq mexanizmlərimiz var. Bir gün sülh olsa, niyə Ermənistan da bu formatlara qatılmasın? Fikrimcə, sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan masa arxasında oturub danışmalıdırlar. Biz isə iki tərəf arasında sülh naminə atılacaq bütün addımları dəstəkləyirik”, - nazir əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:58 / 13.03.2022
Çavuşoğludan Azərbaycanın Ermənistana göndərdiyi sülh təklifi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Çavuşoğludan Azərbaycanın Ermənistana göndərdiyi sülh təklifi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Çavuşoğludan Azərbaycanın Ermənistana göndərdiyi sülh təklifi ilə bağlı AÇIQLAMA
64534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.