Hücuma məruz qalanlar ancaq mətbuata açıq olan şəxslərdir

Hazırda oxunan: Hücuma məruz qalanlar ancaq mətbuata açıq olan şəxslərdir

64477
Almaniyada yaşayan tanınmış hüquqşünas Əlövsət Əliyev son günlər tanınmış vəkillərin təqib olunmasından sonra bütövlükdə ölkənin vəkillik institutunun yaşadığı böhranı Moderator.az-ın oxucularıyla paylaşıb:

"Azad və demokratik ölkələrdə ən nüfuzlu peşə sahibləri vəkillərdi. Azərbaycanda da təxminən 10 il əvvəl bütün hüquqşünaslar buna ümid edirdilər. Lakin hakimiyyətin vəkillərə və vəkilliyə olan davamlı hücumu və müstəqil məhkəmə hakimiyyəti haqqında olan arzuların puç olması peşənin və xa0bu peşə xa0sahiblərinin xa0də hər gün nüfuzdan düşməsinə yonəlib.xa0
Qərəzli olaraq vəkilliyə buraxılmayan xa0( İntiqam Əliyev, Ənnagı Hacıbəyli, Qurban Məmmədov və başqaları) və vəkillikdən kənarlaşdırılan şəxslərin xa0(Namizəd Səfərov, Lətifə Əliyeva, Osman Kazımov, Aslan İsmayılov, Elçin Namazov, Xalid Bağırov) adlarını cəkmək bu sahədə olan vəziyyət haqqında çox aydın təsəvvür yaradır. Göründüyü kimi Vəkillər Kollegiyasının xa0hücumuna son illərdə məruz qalanlar ancaq mətbuata açıq olan şəxslərdir. Adı çəkilən şəxslərin vəkillikdən kənarlaşdırılması xa0birmənalı şəkildə onların xa0aktiv ictimai ”“siyasi fəaliyyətləri və çıxışları ilə bağlıdır.xa0
Bu proses davam etməkdədir və Bəhruz Bayramovun Vəkillər Kollegiyasına dəvət olunması da əslində bu prosesin davam edəcəyinin göstəricisidir və bu onun aktiv fəaliyyəti ilə baglıdır. xa0xa0
Qeyd olunanlar onu göstərir ki, Vəkillər Kollegiyası müstəqil və vəkillərin iradəsini ifadə edən qrum deyil."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin