Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Azərbaycan əsilli ukraynalı iş adamı, ölkənin rəsmi milyonçusu sayılan Vaqif Əliyevi saxlayıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dublinski sosial şəbəkə hesabında yazıb.
Vaqif Əliyevin Ukraynanın qərbindəki Zakarpat vilayətində saxlanıldığı bildirilib.
Azərbaycanlı iş adamının hansı səbəbdən saxlanıldığı bilinmir.
Qeyd edək ki, 385 milyon dollar var-dövlətə malik olan V.Əliyev Ukraynanın ən zəngin iş adamları siyahısında 18-ci yeri tutur.
V.Əliyev “Mandarin Palace”, “Blockbuster Mall”, “Lavina Mall” və s. ticarət mərkəzlərinin sahibidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:37 / 12.03.2022
Ukraynada azərbaycanlı milyonçu saxlanıldı - XÜSUSİ ƏMƏLİYYAT
Hazırda oxunan: Ukraynada azərbaycanlı milyonçu saxlanıldı - XÜSUSİ ƏMƏLİYYAT
Hazırda oxunan: Ukraynada azərbaycanlı milyonçu saxlanıldı - XÜSUSİ ƏMƏLİYYAT
64461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.