İsrailin baş nazirindən Zelenskiyə gözlənilməz TƏKLİF - "Sənin yerində olsaydım..." 

Hazırda oxunan: İsrailin baş nazirindən Zelenskiyə gözlənilməz TƏKLİF - "Sənin yerində olsaydım..." 

64421

İsrailin baş naziri Naftali Bennetin Rusiya-Ukrayna müharibəsində vasitəçilik edərək Rusiya prezidenti Vladimir Putinin güzəşt tələblərini Ukrayna prezidenti Vladimir Zelenskiyə çatdırdığı və ona “bir daha qan tökülməməsi üçün təklifi qəbul etməyi” tövsiyə etdiyi iddia edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Haaretz” qəzeti və “Walla” xəbər agentliyi saytı məlumat yayıb. 

Bildirilib ki, Bennet Putinin “ölkənin demilitarizasiyası, Ukraynanın neytral status alması, Krımın Rusiyanın ərazisi kimi, qondarma DXR və LXR-in isə müstəqilliyinin tanınması” tələblərini Zelenskiyə çatdırıb.  

İsrail mediasına danışan ukraynalı rəsmi nümayəndənin Bennetin Zelenskiyə “sənin yerində olsaydım, xalqın həyatını düşünər və təklifi qəbul edərdim” dediyini iddia edib. 

“Bennet bizə təslim olmağı tövsiyə edir, biz isə bunu etmək niyyətində deyilik”, - deyə sözügedən şəxs qeyd edib. 

Lakin İsrail Baş nazirinin ofisinin nümayəndəsi deyilənləri təkzib edib. 
 

“Bennet Zelenskiyə Putinin təklifini qəbul etməyi tövsiyə etməyib, çünki İsrail belə bir təklif almayıb. Baş nazir heç bir mərhələdə Zelenskiyə hər hansı tövsiyə və yaxud məsləhət vermək niyyətində deyil.


Zelenski və Bennet arasında baş tutan telefon danışığı yaxşı və uzun olub. Tərəflər Yerusəlimdə vasitəçilik görüşünün keçirilməsinin mümkünlüyünü müzakirə edib” – deyə ofisdən bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin